Paytaxtda orta aylıq maaş 1 400 manata çatır

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb.
Hazırda paytaxtda çalışanların orta aylıq maaşı 1385,9 manat təşkil edib.
"Cebheinfo.az"