Gəncədə qonşular arasında davada yaşlı qadın bıçaqlanıb - YENİLƏNİB

Gəncədə qonşular arasında davada yaşlı qadın bıçaqlanıb - YENİLƏNİB

İyunun 29-da saat 21:30 radələrində 2 nəfər (qadın cinsli) xəsarət səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

TƏBİB-dən verilən xəbərə görə, hər iki pasiyentə zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

22.55

Gəncədə qonşular arasında dava qanla bitib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Belə ki, şəhər sakini 1950-ci il təvəllüdlü T. Rzayeva qolunun kəsilmiş yarası və 1987-ci il təvəllüdlü İ. Priverdiyeva barmağının sınığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstəyə yardım edilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə xəsarət alan hər iki şəxs qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"