İki dost birləşib qətl törətdi: Biri cəzadan azad edildi

İki dost birləşib qətl törətdi: Biri cəzadan azad edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xanmurad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Hüseynov 17 il 6 ay azadlqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il Masallı rayonu Şıxlar kəndində baş verib.

Xanmurad Hüseynov və dostu Aslan Ağazadə ilə qabaqcadan əlbir olaraq tanışları Seymur Alışanovu qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağazadənin qətl hadisəsini törədərkən anlaqsız olduğu qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

"Cebheinfo.az"