Goranboyda kafedə iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Goranboyda kafedə iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

14.38

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"