Netanyahu bu ölkələri İTTİHAM ETDİ

Netanyahu bu ölkələri İTTİHAM ETDİ

Qəzzadakı hücumların dayandırılmasını tələb edən İngiltərə, Fransa və Kanada liderləri İsrail Baş naziri Benyamin Netanyahunu qəzəbləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Netanyahu İngiltərənin Baş naziri Keir Starmer, Fransanın Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Mark Karneyi sərt şəkildə tənqid edib. 

Netanyahu bu liderlərin “əslində HƏMAS-ın hakimiyyətdə qalmasını istədiklərini” iddia edib.

Onların açıqlaması, Qəzzada müharibə başladığı vaxtdan bəri İsrailin hərbi əməliyyatlarına qarşı ən sərt tənqidlərdən biri kimi qiymətləndirilir. İngiltərə, Fransa və Kanada, İsrailin mövqeyini dəyişmədiyi təqdirdə konkret addımlar atacaqlarını da bildiriblər.

Çərşənbə günü Keir Starmer İsrailin Qəzzaya yalnız az miqdarda humanitar yardım daxil etməsinə icazə verməsini “son dərəcə yetersiz” adlandıraraq, İngiltərənin İsraillə mümkün ticarət razılaşmalarına dair danışıqları dayandırdığını açıqlayıb.

Netanyahu isə bu gün yayımladığı videomüraciətində HƏMAS-ın İsraili yox etmək və yəhudi xalqını məhv etmək niyyətində olduğunu iddia edib.

O bildirib ki, fələstinli qrup İngiltərə, Fransa və Kanadanın İsrailin hərbi mövqeyinə qarşı səsləndirdiyi ortaq tənqidləri məmnuniyyətlə qarşılayıb.

Netanyahu bəyan edib ki, İsrailin ən yaxın müttəfiqlərindən bəziləri İsrailin geri çəkilməsini və HƏMAS-ın sağ qalmasını qəbul etməsini istəyir. 

O, həmçinin, “Siz insanlığın yanlış tərəfindəsiniz və tarixin də yanlış tərəfindəsiniz”.

Əfsanə 
"Cebheinfo.az"