Əhməd əş-Şara həbs edilə bilər

Əhməd əş-Şara həbs edilə bilər

Suriyadakı müxtəlif təriqətlərin üzvlərinin daxil olduğu Fransa Ələvi Birlikləri Federasiyası (FUAF) Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) ölkədəki cihadçı rejimin lideri Əhməd əş-Şara (əl-Colani) hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham edən ərizə təqdim edib.

"Cebheinfo.az" "Euronews"a istinadən xəbər verir ki, petisiyada Suriya Prezidenti Əhməd Əş-Şara və onun hərbi rəhbərləri ölkənin dini və etnik azlıqlarının nümayəndələri də daxil olmaqla 1 700 - 2 000 mülki şəxsin öldürüldüyü qırğınlara görə məsuliyyət daşımaqda ittiham olunur.

Federasiyanın vəkili Pedro Anducar ittihamların əyani sübutlarla, o cümlədən qırğınlardan əvvəl və sonra hərbi hissələrin hərəkətlərini sənədləşdirən videolarla dəstəkləndiyini bildirib.

Müraciətdə Əhməd Əş-Şara və digər rəhbər şəxslərin soyqırım və ya insanlığa qarşı cinayətlər olsun, Roma Statutunda nəzərdə tutulan cinayətlərə görə dərhal araşdırılması tələb olunurdu.

Nigar Hacılı 
"Cebheinfo.az"