Azərbaycanda makaron istehsalı artıb - RƏSMİ

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 5 min 036,4 ton makaron məmulatları istehsal edilib.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Mayın 1-nə ölkədə 42,9 ton hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.
"Cebheinfo.az"