Ərdoğan İstanbulda Şara ilə görüşdü - YENİLƏNİB

Ərdoğan İstanbulda Şara ilə görüşdü - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğanla Əhməd əl-Şaraa arasında görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Əhməd əl-Şaraa arasındakı görüşdə iki ölkə arasında münasibətlər və qlobal proseslər barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Türkiyənin Suriyaya dəstəyi

Qeyd olunub ki, Türkiyə lideri ölkəsinin bundan sonra da Suriyanın yanında olacağını söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarının ölkəsinə səfərinin ABŞ və Avropa İttifaqının sanksiyaları ləğv etməsindən sonra baş tutmasından məmnunluğunu dilə gətirib.

Görüşdə, həmçinin, Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.

İkitərəfli münasibətlərin inkişafı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, habelə, münasibətlərdə qonşuluq və qardaşlıq siyasətinin davam edəcəyini bildirib.

Suriya lideri verilən dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

"Cebheinfo.az" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbulda keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin rəhbəri Haluk Görgün, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və bir sıra digər rəsmilər də iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.

"Cebheinfo.az"