İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti auditor seçib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Cebheinfo.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC-dir.
Qalib şirkətə 90 min manat ödəniləcək.
Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. Xidmət istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən publik hüquqi şəxsdir.
"Cebheinfo.az"