Şəkidə ikimərtəbəli evdə yanğın oldu

Şəkidə ikimərtəbəli evdə yanğın oldu

Şəkidə Qoxmuq kəndində yaşayış olmayan evdə yanğın baş verib.

 

"Cebheinfo.az" Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən xəbər verir ki, rayonun Qoxmuq kənd sakininə məxsus ikimərtəbəli evdə yanğın olub. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"