Gürcüstandan Rusiya və Belarus vətəndaşlarına QADAĞA

Gürcüstandan Rusiya və Belarus vətəndaşlarına QADAĞA

Gürcüstan Rusiya və Belarus vətəndaşlarına ölkədən minik avtomobilləri və xüsusi texnika ixracını tamamilə qadağan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, qadağa mayın 15-dən qüvvədədir.

“Gürcüstan ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara, xüsusən də Belarus və Rusiya vətəndaşlarına avtomobillərin Gürcüstandan üçüncü ölkələrə reeksport edilməsinə qadağa qoyulan 11-ci sanksiyalar paketinə əməl edir”, - deyə məlumatda bildirilib.

Bundan əvvəl Gürcüstan Milli Bankı Rusiya vətəndaşlarına 300 avrodan baha olan lüks əşyaların alınmasına məhdudiyyətlər tətbiq edib.

Nigar Hacılı 
"Cebheinfo.az"