Azərbaycanda şəkər və qənd istehsalı artıb - RƏSMİ

Azərbaycanda şəkər və qənd istehsalı artıb - RƏSMİ

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 85,1 min ton şəkər və qənd istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,7 % çoxdur.

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı 7 % artaraq 2 min 973,4 tona çatıb.

Mayın 1-nə Azərbaycanda 5,7 min ton şəkər və qənd, 61,1 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 72,7 % çox və 46,2 % azdır.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

"Cebheinfo.az"