"Napoli" A Seriyasında unikal rekorda imza atıb

"Napoli" A Seriyasında unikal rekorda imza atıb

Ötən gün İtaliya A Seriyasında 2024/2025 mövsümünün qalibi olan "Napoli" unikal rekorda imza atıb.

"Cebheinfo.az" xəbər verir ki, Neapol təmsilçisi bu uğuru XXXVIII turda "Kalyari"yə qalib (2:0) gəlməklə həyata keçirib.

Belə ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm A seriyasını 10-cu sırada başa vurub. Bununla da, “Napoli” son İtaliya çempionatını 10-cu pillədə başa vurduqdan sonra A Seriyasını qazanan ilk komanda olub.

"Cebheinfo.az"