Bu ölkədə silahlı hücum: 50 nəfər öldü

Bu ölkədə silahlı hücum: 50 nəfər öldü

Haitidə bir qəsəbəyə silahlı dəstənin hücumu nəticəsində 50 nəfər, o cümlədən uşaqlar həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilib ki, silahlı dəstə üzvləri mərkəzi Preval şəhərində bir neçə evi yandırıb və dinc sakinlərə hücum ediblər.

Hücumlarda aralarında uşaqların da olduğu 50 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Maranatha adlı kilsəyə basqın edən dəstə üzvləri 86 yaşlı keşiş Jok Brutunu da öldürüblər.

Hadisə şahidlərindən biri İspaniyanın EFE xəbər agentliyinə deyib:

"Ən azı 50 cəsəd tapılıb. Qırğın yerinə çatmaq demək olar ki, mümkün deyil, çünki dəstələr hələ də nəzarətdədir. Cəsədlərdən 14-nün başı kəsilib və yandırılıb".

Haiti Yepiskop Konfransı (CEH) hücumla bağlı bəyanat yayaraq, şəhər əhalisinə qarşı bu vəhşiliyə görə dərin kədər ifadə edərək, səlahiyyətliləri təcili tədbirlər görməyə çağırıb.

Qətliamın “Özünümüdafiə Koalisiyası” adından istifadə edən “silahlı dəstə” tərəfindən həyata keçirildiyi iddia edilir.

Nigar Hacılı
"Cebheinfo.az"