Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı artıb

Azərbaycanda ümumi daxili məhsul istehsalı
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı 26 milyard 449.5 milyon manata bərabər olub. Hesabat dövründə ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 67.3% təşkil edib ki, bu da illik müqayisədə 3.1 faiz bəndi artım deməkdir.
ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında ÜDM-in strukturunda qeyri neft-qaz sektorunun payı 64.2%-ə bərabər olub.
"Cebheinfo.az"