Napoleonun qılıncı rekord qiymətə satıldı

Fransa imperatoru I Napoleon Bonaparta məxsus qılınc rekord qiymətə satılıb.
"Cebheinfo.az" xəbər verir ki, tarixi əhəmiyyətə malik bu nadir əşya, auksion dünyasında əsl sensasiyaya çevrilib.
Parisin 9-cu dairəsində, Rue Drouot küçəsində yerləşən məşhur “Giquello” hərrac evində keçirilən açıq artırmada Napoleonun sifarişi ilə hazırlanmış bu qılınc 4,66 milyon avroya (təxminən 8 milyon 621 min manat) satılıb.
Hərrac evi qılınc üçün ilkin olaraq 700 min ilə 1 milyon avro arasında qiymət müəyyənləşdirilib.
Lakin satışın nəticəsi 2007-ci ildə Napoleonun digər bir qılıncının 4,8 milyon avroya satıldığı rekordu təkrarlayıb.
Xatırladaq ki, 2007-ci ildə Napoleonun 1800-cü ildə Marengo döyüşündə istifadə etdiyi qılınc da 4,8 milyon avroya satılmışdı və bu məbləğ hələ də dünya rekordu hesab olunur.
İndiki satış isə bu rekorda yaxınlaşaraq, Napoleonun digər bir əfsanəvi əşyasının tarixi dəyərini bir daha ortaya qoyub.
Napoleon Bonaparta məxsus bu qılınc tarixsevərlər və kolleksiyaçılar üçün böyük mənəvi və simvolik əhəmiyyət daşıyır.
Əfsanə
"Cebheinfo.az"