Azərbaycanda unlu qənnadı məhsul ehtiyatı 3 dəfədən çox artıb

Azərbaycanda unlu qənnadı məhsul ehtiyatı 3 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 min 734,3 ton unlu qənnadı məmulatları istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.

Mayın 1-nə ölkədə 648,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə çoxdur.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

"Cebheinfo.az"