Abdullah Gül bu türk ölkəsinə HEYRAN QALDI

Abdullah Gül bu türk ölkəsinə HEYRAN QALDI

Uzun müddətdir ictimai nəzərdən kənarda qalmış Türkiyənin 11-ci prezidenti Abdullah Gül Özbəkistana gedib.

"Cebheinfo.az" xəbər verir ki, Gül bu səfəri barədə fotoları sosial media hesabında paylaşıb.

O, Daşkənd, Səmərqənd, Buxara və Xivəni ilk dəfə ziyarət etdiyini bildirib və Özbəkistandakı inkişafı "təqdirəlayiq" adlandırıb.

Həyrünnisa Gül də onunla birlikdə olub.

Abdullah Gül Orta Asiya şəhərlərini "Türk-İslam mədəniyyətinin beşiyi" adlandıraraq, bölgədəki dəyişiklikləri, dinamizmi və tərəqqini yüksək qiymətləndirib.

"Cebheinfo.az"