Əminə Şirin: “Manaf Ağayevi 3 aylıq mənə verin, gələn il...”

“Toy məktəbdir” deyən kişini, özü də “krassavçik” kişidir, onu 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim".
"Cebheinfo.az" xəbər verir ki, bunu müğənni Əminə Şirin həmkarı Manaf Ağayevlə bağlı deyil.
ifaçı bu barədə “Gün ortası” verilişində danışıb:
“Bu Vaqif Gərəyzadə məktəbinə hörmətsizlikdir. Biz can qoymuşuq. Mən 14-15 yaşım olanda, siz toyxanalarda oxuyanda, mən muğam öyrənirdim. Mikrofon səni sənətkar etmir. İstəyirsən 40 yox, 80 il əlində mikrofon tut. Harada tutmusan? Harada bizi təmsil etmisən? Harada konsert vermisən? Bir dəfə səhnədə dirijor ilə oxumusan?
Sənətkar olmaq üçün doğuşdan sənə pay verilir və bir az da təhsil alıb möhkənlənirsən. Bu sənət Yaradanın hədiyyəsidir. Hədiyyəni satmazlar. Mən musiqini təqdim edəndə 50 faiz musiqi tərəfdən ustadlarımın qulağını düşünürəm, 50 faiz söz tərəfdən ustadlarımı düşünürəm”.
Ə.Şirin Manaf Ağayevə 3 aylıq musiqi təhsili vermək istəyini də dilə gətirib:
“Toy məktəbdir” deyən kişini, özü də “krassavçik” kişidir, 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim, 3 ay təhsil alardı və ondan sonra toya "məktəb" desə, mənə nə deyirsiz deyin. Hətta 3 aydan sonra, gələn il onu Avroviziyada da görə bilərsiniz”.
"Cebheinfo.az"