Britaniyda minlərlə insan KÜÇƏLƏRƏ ÇIXDI

İngiltərənin paytaxtı Londonda minlərlə insan İngiltərə hökumətini İsrailə silah satışını dayandırmağa çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Fələstin tərəfdarları Qəzzada soyqırımın davam etdiyi bir vaxtda İngiltərənin İsrailə silah satmasına etiraz etmək üçün Baş nazirin ofisinin yerləşdiyi Dovning Street 10 ünvanına toplaşdılar.
Etirazçılar İngiltərənin Baş naziri Keir Starmer və xarici işlər naziri David Lammiyə etiraz edərək, "Starmer, Lammi, gizlənə bilməzsən. Biz səni soyqırımda mühakimə edəcəyik" şüarları səsləndiriblər.
Fələstinin minlərlə tərəfdarı da İsrailin 11 həftə ərzində Qəzza zolağına humanitar yardım göndərməməsinə etiraz ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"