Məhkəmə Trampın Harvardla bağlı qərarını blokladı

ABŞ məhkəməsi Harvard Universitetinin iddiası əsasında ABŞ Prezidenti Donald Trampın xarici tələbələrin universitetlərə qəbulu ilə bağlı qadağasını müvəqqəti olaraq bloklayıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, müvəqqəti qadağa hökumətin Harvard Universitetini sertifikatdan məhrum etməsinin qarşısını alır və ali məktəbə ABŞ-də təhsil almaq istəyən əcnəbi tələbələri qəbul etmək imkanı verir.
Qeyd edək ki, mayın 22-də Tramp administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb. Universitet qadağaya görə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
"Cebheinfo.az"