Xəzərdə yaradılmış süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər təsdiqləndi

Xəzərdə yaradılmış süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər təsdiqləndi

Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus hissəsində yaradılan süni torpaq sahələrinin icarəyə verilməsi üçün tələb olunan sənədlər müəyyənləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu məqsədlə İqtisadiyyat Nazirliyinin Kollegiyası “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na dəyişiklik edib.

Nazir Mikayıl Cabbarovun imzaladığı qərara əsasən, icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də əlavə olunub.

Bu cür sahələrin icarəyə verilməsi üçün hüquqi və ya fiziki şəxslərdən iki sənəd tələb olunur: ərizə və süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar.

"Cebheinfo.az"