Göygöldə ağır qəza: Xəsarət alanlar var - FOTOLAR

Göygöldə ağır qəza: Xəsarət alanlar var - FOTOLAR

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-a daxil olan məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, hadisə mayın 23-ü, saat 13:00-da Göygöl şəhəri ərazisində qeydə alınıb.

"Elmar Elgün oğlu Qurbanovun idarə etdiyi 25-BX-619 dövlət nömrə nişanlı "Great Wall" markalı avtomobillə Altun Füzuli oğlu Hacıyevin idarə etdiyi 02-BO-782 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "Great Wall" markalı avtomobilin sürücüsü xəsarət almayıb. VAZ-2107 markalı avtomobilin sürücüsü Altun Hacıyev, sərnişinləri Mehdiyev Hüseyn Əli oğlu və Haqverdiyev Eşqin Racəddin oğlu isə xəsarət alıblar. Hadisənin baş verməsinə ilkin ehtimal kimi "Great Wall" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verməsi göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az"