Koçaryan Kremldə kiminlə görüşüb?

Koçaryan Kremldə kiminlə görüşüb?

Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko vəziyyətlə tanış olur.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib:

"Bir neçə gün əvvəl Robert Koçaryan Moskvada olub. Son səfər 2 ay əvvəl olsa da, o, yenidən qısamüddətli səfərə gedib. Əvvəlki səfərindən sonra Koçaryan mətbuat konfransı keçirərək aktivləşdiyini açıqlayıb.

Bəzi məlumatlara görə, bu dəfəki mövzu impiçmentdir və ola bilsin ki, yaxın vaxtlarda bəyanatlar və addımlar atılsın. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, Kremlin Ermənistan üzrə başa bir rəsmisi ilə baş tutub". 

"Cebheinfo.az"