Ertan Saban "TRT"nin iddialı serialında

Ertan Saban "TRT"nin iddialı serialında

"TRT1"in iddialı seriallarından olan "Mehmed: Fetihler Sultanı"nın heyətinə daha bir məşhur qatılıb.

"Cebheinfo.az" xəbər verir ki, sevilən aktyor Ertan Saban da ekran işində çəkiləcək.

O, layihədə "Kont Drakula" obrazına həyat verəcək. Aktyor mövsüm finalına qədər olacaq 3 bölümdə iddialı şəkildə seriala daxil olacaq.

Həmçinin, Ertan Sabanın yeni mövsümdə də "Mehmed: Fetihler Sultanı"nda çəkiləcəyi açıqlanıb.

Elmir Mustafa 
"Cebheinfo.az"