“Kurtlar Vadisi”ndən təklif aldığını ETİRAF ETDİ

Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi” ilə bağlı illər sonra maraqlı bir fakt ortaya çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, məşhur aktrisa Tuba Ünsal “Elif Eylül” obrazının Özgü Namaldan əvvəl ona təklif olunduğunu açıqlayıb.O, bu barədə Berfu Yenerlerin “Talk Show Perileri” adlı “YouTube” proqramında qonaq olarkən danışıb:
“2003-cü ildə “Elif Eylül” obrazı ilə “Kurtlar Vadisi”ndən təklif aldım. Əslində, “Elif”i mən canlandıracaqdım. Danışıqlarda son mərhələyə qədər gəldik, amma çəkilişlərə başlamadan əvvəl fikirlərini dəyişərək Özgü Namalı seçdilər. O dönəm buna çox məyus olmuşdum”.
Elmir Mustafa
“Cebheinfo.az”