Emin Əmrullayevdən yeni təyinat

Bu il fevralın 3-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri nəticəsində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad olunan Xəyal Məmmədovun yerinə yeni təyinat olub.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyin olunub. V.Cəfərov buna qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi.
Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.
"Cebheinfo.az"