İsrail və Türkiyə Azərbaycanda razılığa gəldi: 1 aylıq danışıqlarda SON

İsrail və Türkiyə Suriyada hərbçilər arasında hər hansı arzuolunmaz insidentlərin qarşısını almaq məqsədi ilə prinsipial razılığa gəlib və münaqişələrin qarşısını almaq üçün “qaynar xətt” yaradıb.
“Cebheinfo.az” “The Times of Israel”-ə istinadən xəbər verir ki, razılıq çərşənbə günü iki ölkənin ortaq müttəfiqi olan Azərbaycanın vasitəçiliyi ilə bir aydan çox davam edən danışıqlardan sonra əldə olunub.
“Qaynar xətt” qoşunları ölkənin cənubunda olan İsrail ilə ölkənin şimalında hərbi əməliyyatlar aparan Türkiyə arasında toqquşmaların qarşısını almaq üçün istifadə olunacaq.
“Qüds Ankaranın Suriyada qüvvələr yerləşdirməsi ilə bağlı rahatdır, indi əsas sual Türkiyənin hava hücumundan müdafiə sistemlərini və İsrailin hava fəaliyyətini izləyə bilən radarlarını harada yerləşdirəcəyi ilə bağlıdır. Hazırda danışıqlar "Palmira xətti adlanan xəttə" - Türkiyənin hava bazalarını ələ keçirməyə çalışdığı bölgəyə yönəlib”,-deyə məqalədə bildirilir.
“Bu bazalar boz ərazidir, israillilər türk qoşunlarının bu ərazinin şimalına yerləşdirilməsi ilə razılaşa bilər”, - mənbə bildirib.Xatırladaq ki, İsrail Türkiyəni Suriyanı Türkiyənin protektoratına çevirmək cəhdində ittiham edib, Ankara isə Əsədin devrilməsindən sonra İsrailin bu ölkədəki hərbi fəaliyyətini kəskin tənqid edib.
İsrail Suriya rəsmiləri ilə gizli danışıqlar aparır, o cümlədən yeni rəhbərliyin “İbrahim razılaşmaları”na qoşulma ehtimalı ilə bağlı müzakirə gedir.
Xəzər
“Cebheinfo.az”