Naxçıvanda 7 nəfər dönərdən zəhərlənib

Naxçıvanda 7 nəfər dönərdən zəhərlənib

Naxçıvanda kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosu xəbər verir ki, mayın 21-də Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.

Mərkəzin həkimi Nəzmin Allahverdiyeva bildirib ki, onlar ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar, vəziyyətləri orta-ağır qiymətləndirilib. Tibbi yardımdan sonra həmin şəxslər evə buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə dönər və şaurma tipli qidalar səbəb olub.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən iaşə obyektində qeydə alınıb. Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"