İlk görüşə necə geyinmək lazımdır?

İlk görüşə necə geyinmək lazımdır?

ABŞ-də fəaliyyət göstərən tanınmış tanışlıq platformasının rəhbəri Mariya Avgitidis ilk romantik görüşdə geyinilməsi tövsiyə olunan rəngi açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, onun fikrincə, qadınlar ilk görüşdə yaşıl rəng tonlarına üstünlük verməlidirlər. Çünki yaşıl həyat, sağlamlıq və uğurla əlaqələndirilir.

Kişilər isə lavanda tonlarını seçməlidirlər. Bu rəng insanı daha isti və əlçatan göstərir.

Əgər bu rənglərdə geyimləri yoxdursa, alternativ olaraq mavi və sarı rənglər tövsiyə olunur.

Qırmızı isə ikinci görüşədək geyinilməməli olan bir rəng hesab edilir. Qara, ağ və boz tonlar isə insanı soyuq və məsafəli göstərdiyindən ilk görüş üçün münasib sayılmır.

Əfsanə Rəcəb
“Cebheinfo.az”