Avroliqa finalının mükafatlandırma mərasimində biabırçılıq - FOTOLAR

Avroliqa finalının mükafatlandırma mərasimində biabırçılıq - FOTOLAR

Ötən gün “Tottenhem” və “Mançester Yunayted” (1:0) baş tutan Avropa Liqası finalının mükafatlandırma mərasimində biabırçı hal yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, futbolçuların bəzilərinə medal çatmayıb. 

Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb. 

UEFA prezidenti Aleksandr Çeferin futboçuların boynundan medal asarkən sona qalan oyunçulara medal çatmadığını görüb və buna təəccüblənib. O, sadəcə əl sıxaraq həmin futbolçuları təbrik edib. 

"Cebheinfo.az"