Bu idmançının Azərbaycan bayrağı altında iştirakına İCAZƏ VERİLMƏDİ

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə yarışlarında çıxış edən Veronika Jilinanın Azərbaycanın bayrağı altında iştirakına icazə verməyib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, ISU əsas prinsip kimi Rusiya Fiqurlu Konkisürmə Federasiyasından (FFKKR) buraxılış məktubunu götürüb. Mayın 13-də FFKKR İcraiyyə Komitəsi Jilinanın Azərbaycan üçün iştirakını rədd edib.
Ehtimala görə, məsələ ilə bağlı əsas danışıqlar 24-27 sentyabrda Bakıda keçiriləcək Junior Grand Prix mərhələsi ərəfəsində olacaq. Bu yarışa ISU rəhbərliyi də dəvət olunub.
Jilinanın 17 yaşı var. 2022/23 mövsümündə o, Rusiya Gənclər Qran-prisinin finalında çempion, ölkə çempionatında isə gümüş mükafatçı olub.
"Cebheinfo.az"