Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı - YENİLƏNİB

Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı - YENİLƏNİB

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 8-ə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.

Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

Türkiyə Milli Müdafiə Nazirliyi metan qazından zəhərlənən daha 4 əsgərin şəhid olduğunu açıqlayıb.

Beləliklə, Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 12-yə çatıb.

"Cebheinfo.az"