Pilləkəndən yıxılan kişi öldü

Göyçay rayonunda bədbəxt hadisə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, rayonun Alpout kənd sakini 1959-cu il təvəllüdlü Çodar Səlimov iyulun 5-də yaşadığı evdə pilləkəndən yıxılaraq başından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş Ç.Səlimov iyulun 6-sı orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"