229 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 229 min 500 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 74 mini münasib işlərlə təmin olunub, 9 min 800-i kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Bu ilin 6 ayında 6 min 100 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139 min 600 nəfərə peşəyönümü xidmətlər göstərilib.
"Cebheinfo.az"