İranda İsrail kəşfiyyatının informatoru saxlanılıb

İranda İsrail kəşfiyyatının informatoru saxlanılıb

İslam İnqilabı Keşikçiləri Korpusunun İranın qərb əyaləti Həmədandakı əməkdaşları İsrailin xarici kəşfiyyat xidməti (Mossad - red.) ilə əlaqəli bir şəxsi saxlayıblar.

Bu barədə Korpusun mətbuat xidmətinə istinadən FARS məlumat verir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs İranın hərbi mərkəzlərinin və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb. Agentliyin vurğuladığına görə, məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb.

"Cebheinfo.az"