Paşinyan səhərə döyüş əhvalı ilə BAŞLADI

Paşinyan səhərə döyüş əhvalı ilə BAŞLADI

Ermənistanda siyasi vəziyyət yenidən gərginləşir. 

Hakimiyyətlə kilsə arasında mübahisə soial şəbəkələrdən küçəyə daşınıb, ardınca "nisbi sakitlik” elan olunub. Amma bu gün Baş naziri Nikol Paşinyan yenidən katalokosu hədəfə alıb.

“Cebheinfo.az” xəbər verir ki, Paşinyan günə sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginə ünvanladığı yeni paylaşımla başlayıb.

“Əgər Ktriç Nersisyan Vazgen Qalstanyan və Gevorq Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, o, yuxarıda adıçəkilən şəxslərin hərbi çevriliş etmək, insanları divarlar altına atmaq və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür”, - deyə Paşinyan yazıb.

Paşinyanın səhərki əhval-ruhiyyəsi göstərir ki, o, yenidən kilsə ilə açıq mübarizəyə hazırdır. Ermənistanda siyasi vəziyyətin yenidən gərginləşməsi an məsələsidir.

Kilsənin ölkə daxilində və diaspor arasındak təsir gücünü nəzərə alsaq, bu mübarizə Paşinyan üçün o qədər də asan olmayacaq.  

Xəzər
“Cebheinfo.az”