Uşaqlarda qorxulu virus: Müalicəsi yoxdur - Həkim

Uşaqlarda qorxulu virus: Müalicəsi yoxdur - Həkim

"Uşaqlar arasında əl-ayaq-ağız - koksaki xəstəliyi yayılıb. Səbəbi viruslardır. Bu xəstəlik həm virusla çirklənmiş əşyalarla kontaktdan, həm də hava-damcı yolu ilə yoluxdurur".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə pediatr həkim Vaqif Qarayev deyib.

Pediatr bildirib ki, bu xəstəlik həm virusla çirklənmiş əşyalarla kontaktdan, həm də hava-damcı yolu ilə yoluxdurur:

"Kifayət qədər sürətlə yayılır xəstəlikdir. Yüksək temperatur fonunda əllərdə, ayaqlarda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur".

Vaqif Qarayev xəstəliyin müalicəsi haqda isə qeyd edib:

"Xəstəliyin spesifik müalicəsi yoxdur. Orta hesabla bir həftə ərzində keçir. Gigiyenik qaydalara ciddi əməl etmək lazımdır. Səpkiləri görsəniz, mütləq həkimlə əlaqə saxlayın".

Xəzər

"Cebheinfo.az"