“Alternativ turizm məhsulu” adlı layihənin tədbirləri uğurla başa çatdı - FOTOLAR

“Alternativ turizm məhsulu” adlı layihənin tədbirləri uğurla başa çatdı - FOTOLAR

“Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Alternativ turizm məhsulu” adlı layihənin icra planına uyğun olaraq nəzərdə tutulan tədbirlər uğurla başa çatdı. Hazırda layihənin sonuncu hesabat mərhələsi üzrə fəaliyyət davam edir”. 

Bunu “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və “Alternativ turizm məhsulu” layihəsinin rəhbəri Möhübbəli Nağıyev "Cebheinfo.az"a verdiyi açıqlamasında səsləndirdi. O, qeyd etdi ki, layihə, Azərbaycan Respublikasında turizm sənayesinin inkişaf perspektivlari və regionlarda alternativ turizm məhsullarından istifadə ilə bağlı Azərbaycan Respublikası Prezidenti Cənab İ. Əliyevin tövsiyyələrinə və Dövlət Turizm Agentliyinin hazırladığı "2023-2026-cı illər üçün Turizm strategiyası"-nın tələblərinə uyğun olaraq Respublikanın Şimal-Qərb regionunda (zəngin turizm imkanlarına malik olan Şəki şəhərində) çalışan sahibkarları, sənətkarları və bu sahəyə marağı olan (turizm sahəsində təhsil alan) tələbə və gənclərin “Regional turizmin yeni mərhələsi və Alternativ turizm məhsulu” mövzusunda maarifləndirməkdən bəhs edirdi. Məqsədimiz Alternativ Turizmin inkişafı üçün həyata keçirilən fəaliyyəti və beynəlxalq təcrübələrə əsaslanan turizm sənayesinin yeni və müasir inkişaf proqramını əhali arasında təşviq etməkdən, nəticədə Dövlət qurumları, İctimai təşkilatlar və sahibkarlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək olmaqdan ibarət idi. 

“Layihə çərçivəsində təlimlərə 22 nəfər sahibkar və sənətkarlar, eləcə də tələbə və gənclər cəlb olundular. Onlar üçün Alternativ turizmin regiondakı imkanları, inkişaf istiqamətləri və turizmin regionun iqtisadi inkişafına müsbət təsirləri mövzularında 7 təqdimat üzrə 6 günlük təlimlər təşkil olundu. Təlimlərdə iştirakçılar Azərbaycan Turizm Agentliyinin Regional Turizm İdarəsinin mütəxəssisləri, Şəki Peşə Təhsili Liseyinin nümayəndələri ilə görüşdülər. ADTA-nin RTİ-nin nümayəndələri iştirakçılara regionun və Şəki şəhərinin turizm xəritəsini, Şəki Sənətkarlıq və tarixi abidələr xəritələrini hədiyyə etdilər və iştirakçıların suallarını cavablandırdılar. Alternativ turizm məhsulu ilə bağlı və bu sahədə əhalinin maarifləndirilməsinin vacib olduğunu qeyd etdilər.”

M. Nağıyev qeyd etdi ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin Dövlət Qeydiyyatından keçdiyi gün 03.07.2007-ci il tarixi sonuncu təlim günü ilə (03.07.2025-ci il tarixdə) eyni günə təsadüf etdi. Ona görə də, həmin gün iştirakçılarla birgə Birliyin fəaliyyətinin 18 illiyi qeyd olundu. Həmin təlimdə də iştirakçılara sertifikatlar təqdim olundu.  

M. Nağıyev onu da qeyd etdi ki, hazırda layihənin hesabatlılıq mərhələsində fəaliyyətimiz davam edir.

"Cebheinfo.az"