Həcc ziyarəti üçün kvota dolub

Həcc ziyarəti üçün kvota dolub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

V.Cahangiri bildirib ki, bununla yanaşı, 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub:

“Kvotadan əlavə 30 nəfərdən çox müraciət olsa da, say tamamlandığından onların müraciətləri qəbul edilməyib. Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır”. 

Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban Bayramı olduğu üçün qeyri-iş günü elan edilib. 

"Cebheinfo.az"