Zelenskinin Cənubi Afrikada nə işi var? - Prezident Trampın sualına...

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Cənubi Afrika Respuiblikasında səfərdə olarkən Volodimir Zelenskiyə zəng etdiyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp bu barədə Ağ Evdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə görüşü zamanı belə deyib.
Ramafosa ilə görüş zamanı Tramp bildirib ki, ABŞ Rusiya-Ukrayna münasibətlərini həll etməyə çalışır.
“Dünən mən Prezident Putinlə 2,5 saat danışdım. Düşünürəm ki, biz çox irəliləyiş əldə etmişik. Lakin bu, qanlı qırğındır. Hər həftə 5 000 insan ölür. Həftədə 5 000 əsgər, şəhər və kəndlərdə öldürülənləri də saymasaq. Ona görə də kömək etməyə çalışırıq. Bunun bizə dəxli yoxdur. Bunlar bizim xalqımız deyil”, - deyə Tramp əlavə edib.
Ramafosa Trampa belə cavab verib:
“Prezident Volodimir Zelenski Cənubi Afrikaya gələndə xatırlayırsınız, o zaman sizinlə danışdım. Hər ikimiz razılaşdıq ki, biz sülh ideyasını təbliğ etməliyik ki, onlar sülh içində yaşaya bilsinlər. Biz uzun müddətdir Ukrayna-Rusiya münasibətlərində iştirak edirik. Ona görə də mən yalnız uşaq mübadiləsini xatırlaya bilirəm və atdığınız addımlar bizim tərəfimizdən tam dəstəklənir. Bu müharibənin bitməsini istərdik”.
Tramp cavab verib ki, Zelenski Cənubi Afrikada olarkən ona zəng edib. Zelenskiyə zəng etdim və dedilər ki, Cənubi Afrikadadır.
“Mən soruşdum ki, onun Cənubi Afrikada nə işi var?, - deyə Tramp bildirib.
Ramafosa gülərək cavab verib: “O, bizimlə görüşürdü”.
Müşfiq Abdulla
“Cebheinfo.az”