Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib

Azərbaycan və Türkiyə arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşdə baş tutub. Tərəflər iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında, xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıb.
"Cebheinfo.az"