Aİ tarixində ilk: Bu şəxsə yüksək vəzifə verildi

Fələstinin Avropa İttifaqı (Aİ), Belçika və Lüksemburqdakı səfiri Amal Jadou Aİ Komissiyasında vəzifəyə başlayan ilk Fələstinin nümayəndəsi oldu.
"Cebheinfo.az" xəbər verir ki, Aİ Şurasından verilən açıqlamaya görə, Kostanın siyasi qərarı və təşəbbüsləri nəticəsində ilk dəfə olaraq Fələstin nümayəndəsi vəzifəsinə başlayıb.
Əvvəllər Fələstin nümayəndələri məktublarını yalnız Aİ-nin Xarici Əlaqələr Ofisində inzibati səviyyəli protokol rəhbərinə təqdim edirdilər.
Bu dəfə Avstraliya, Kolumbiya, Kuba, Misir, Efiopiya, Qayana, Lesoto, Panama, Papua Yeni Qvineya və San-Tome və Prinsipi diplomatları ilə birlikdə Fələstin təmsilçisi üçün mərasim keçirilib.
Beləliklə, ilk dəfə olaraq Fələstin səfiri etimadnamə proseduruna bənzər prosedurla Aİ-də vəzifəsinə başlayıb.Jadou məktubunu “Aİ-dəki Baş Nümayəndə” adı altında təqdim edib.
Bu mərasim həm də diplomatların eyni vaxtda Aİ Şurası və Aİ Komissiyasının sədrlərinə məktublarını təqdim etdikləri ilk səfər oldu.
Xatırladaq ki, Jadou, 26 noyabr 2024-cü ildə Belçika Kralı Filipə missiya məktubu təqdim edərək vəzifəsinə başlayan ilk Fələstin nümayəndəsi olmuşdu.
Nigar Hacılı
"Cebheinfo.az"