Tramp Avropanı ŞOKA SALDI

“Bild” qəzeti ABŞ Prezidenti ilə Avropa liderləri arasında telefon danışığının yeni təfərrüatlarını təqdim edib.
“Cebheinfo.az” xəbər verir ki, qəzet “Tramp Rusiyaya qarşı sanksiyalardan imtina etməklə Avropanı şoka salıb”,- yazır.
Donald Tramp və Aİ liderləri arasında qapalı telefon danışığı zamanı Vladimir Putinlə söhbətindən sonra ABŞ Prezidenti gözlənilmədən Ukraynadakı müharibə ilə bağlı siyasətində kəskin dəyişiklik elan edib. “Bild”-in Almaniya hökumətindəki mənbələrdən öyrəndiyi kimi, Tramp artıq Moskvadan 30 günlük atəşkəs tələb etmir və daha əvvəl avropalı müttəfiqlərinə bunu vəd etsə də, yeni sanksiyalar tətbiq etmək niyyətində deyil.
Almaniya Kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və söhbətin digər iştirakçıları Trampın bəyanatından şoka düşüblər. O, xüsusilə deyib ki, Rusiya və Ukrayna indi öz aralarında həll yolu axtaracaqlar.
Mənbələrdən biri deyir ki, bu məqamda “hamı nəfəsini tutub, heç kim bunun ABŞ-nin Ukraynaya dəstəkdən tamamilə geri çəkilməsi demək olub-olmadığını aydınlaşdırmağa belə cəsarət etməyib.
Mənbələr bildiriblər ki, Merz Trampın bəyanatının təsirini yumşaltmağa çalışıb və mümkün sülh danışıqlarına hazırlaşmaq üçün tərəflərin nümayəndələrinin texniki görüşünü təklif edib. Tramp bununla razılaşdı ki, bu da ABŞ və Avropa arasında koordinasiyanın dərhal pozulmasının qarşısını alıb.
Bununla belə, Berlin Trampın hər an öz mövqeyinə yenidən baxa biləcəyindən ehtiyat edir. Analitiklərin fikrincə, Vaşinqtonun münaqişədə iştirakdan tamamilə çıxması və Amerikanın Rusiyaya qarşı sanksiyalarının ləğvi Ukraynaya ciddi zərbə vura bilər.
Xəzər
“Cebheinfo.az”