Elza: “Anam məni ziyana saldı, bu yaşımda banka pul ödəyirəm”

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
"Cebheinfo.az" xəbər verir ki, müğənni bu haqda "Etiraf" verilişində danışıb. Seyidcahan aparıcının "Çox gözəlsən, üzündə botoks, əməliyyat yoxdur. Övladların da ailəlidir. Özün ailə qurmaq haqda düşünmürsən" sualına belə cavab verib:
"İnsan öz sənəti ilə məşğul olanda, o haqda düşünmür. Şəriətə, həyata, dinə görə düzdür. Amma həyat davam edir. Allah məni elə gözəlliklərlə qarşılaşdırır ki, o haqda düşünmürəm. Bilmək olmaz sabah nə baş verəcək. Sənətimlə, işimlə məşğulam. Xeyir Allahdan. Arzu edərəm ki, evdə oturum bəstəkarlıq edim. Saat 7 olanda restorandan restorana qaçmayım ki, pul qazanım, aranjiman edim, anama pul qazanım. Hər qadın istəyər ər çörəyi yesin. Əgər həyat yoldaşınız sizə xidmət edirsə, oturun evdə".
Anasından danışan müğənni "Anam özü ayaq üstədir, qazanır. Anam mənə ziyan da vurub. Deyirəm ki, heç kimə inanma. Anam inanıb sənədsiz, sübutsuz iş görüb. Belə səhvləri oldu, efirə çıxdım. Deyirəm, eybi yox, canı sağ olsun. Demişəm ki, bizə sürpriz edəndə əvvəldən de. Sürprizin bizə baha başa gəlir. Anam məni ziyana salıb. Niyə məni banklara saldın? Bu yaşımda hələ də banka pul ödəyirəm" sözlərini əlavə edib. (Axşam.az)
"Cebheinfo.az"