Güclü yağışlar 4 nəfəri həyatına son qoyub

Hindistanın paytaxtı Yeni Dehli və Mumbayda yağan güclü yağışlar nəticəsində 4 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib.
"Cebheinfo.az" yerli mediaya istinadən xəbər verir ki, Yeni Dehlini vuran güclü fırtına paytaxtda elektrik enerjisinin kəsilməsinə səbəb olub və saatlarla yollarda hərəkəti çətinləşdirib. Fırtına Mumbay şəhərinə də təsir edib.
Şəhərin hər yerində yağan güclü yağış daşqınlara səbəb olub.Yerli hakimiyyət orqanları ilkin məlumatlara görə, iki şəhərdə güclü yağış nəticəsində 4 nəfərin həyatını itirdiyini, onlarla yaralının müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.
Rəsmilər ölkənin ən işlək hava limanlarından biri olan İndira Qandi Beynəlxalq Hava Limanında yağışlar səbəbindən 50-yə yaxın reysin gecikdiyini, ağacların relslərə düşməsi və su gölməçələri səbəbindən paytaxtdakı metro xətlərində də gecikmələrin ola biləcəyini bildirib.
Hindistan Meteorologiya Departamenti (IMD) gələn həftəyə qədər ölkəyə xüsusilə qərb və cənub hissələrində güclü yağış və tufanların təsirini davam etdirəcəyi barədə xəbərdarlıq edib.
Nigar Hacılı
"Cebheinfo.az"