Salyanda Kür çayı sahilində ağacəkmə kompaniyası keçirilib - FOTOLAR

Salyanda Kür çayı sahilində ağacəkmə kompaniyası keçirilib - FOTOLAR

“Ana Kür”  Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Salyan rayonu ərazisində “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi" layihəsinin fəaliyyət planına uyğun olaraq növbəti tədbirini keçirmişdir. Layihənin icra olunduğu ərazidə, vaxtı ilə Tuğay meşələri olmuş Kür çayı sahilində ağacəkmə aksiyası keçirilmişdir.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan Rayon təşkilatının,  Salyan bələdiyyəsinin, Salyan Rayon Yaşıllaşdırma  və Kommunal Təsərrüfatı  idarəsinin,  Dövlət Aqrar İnkişaf Mərkəzinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan regional Ekologiya və Təbii Sərvətlər idarəsinin səlahiyyətli nümayəndələri, yerli media və vətəndaş çəmiyyəti təmsilşil edən Rayon ziyalılar ictimai birliyi və rayon ağsaqqallar şurasının rəhbərləri, Ana Kür ictimai birliyinin üzvləri və yerli sakinlər iştirak etmişlər.

Layhə rəhbəri Rüstəm Məlikov tədbir öncəsi ötən il Bakı şəhərində keçirilən COP29-un  qlobal missiyalarını xatırlamış və bu sırada dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin,  ictimaiyyətin üzərinə düşən vəzifələrdən söz açmışdır.

Ağacəkmə aksiyası çox mütəşəkkil qaydada icra olunmuşdur. Kür çayı sahilində bu məqsəd üçün ayrılmış ərazidə 100 ədəd Eldar şamı və digər yaşıl ağaclar əkilmişdir. Sonra ərazi rayon yaşıllaşdırma idarəsinin  köməyi ilə suvarılmışdır.

İctimaiyyət nümayəndələri tədbirdə ərazidə yaşayanları narahat edən bir məsələnin də həllinin çözüldüyünün şahidi olmuşlar. Belə ki, indiyə kimi ərazidə əkilən yeni ağaclar nə qədər mühafizə olunsa da yerli əhalinin mal-qarasının təsiririnə məruz qalmaqda idi və lazımınca inkişaf edə bilmirdi.

Salyan Rayon Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyovun təşəbbüsü ilə ağac əkilmiş ərazinin hündür dəmir məxtill-setkalarla  əhatə olunması qərar alındı və bu məqsədlə hazırlıq işlərinə başlanıldı. Ağacəkmə kompaniyasında iştirak edən ekologiya nazirliyinin yerli əməkdaşları iştirakçıları ağaclara yay aylarında qulluq göstərilməsi qaydası barədə tövsiyyələr verdilər

Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə bu il geniş qeyd edilən “Konistitusiya və suverenlik ili” çərçivəsində Salyanda həyata keçirilən tədbirlər sırasında Kür çayı sahilində yeni ağacların əkilməsinə dair icra olunan tədbirin  xüsusi əhəmiyyəti vardır.

Çünki icra olunan tədbirlər, ölkəmizdə həyata keçirilən ekoloji siyasətin və COP29-un qlobal missiyalarının rellaşmasına xidmət edir.

Tədbir sonu iştirakçılar Kür çayı sahillərində ekoloji tədbirlərin davamlı olması üçün yeni təşəbbüslər göstərəcəklərini vurğulamış və xatirə şəkli çəkdirmişlər.

"Cebheinfo.az"