“Avroviziya” dünyanı şoka salıb: “Əxlaqsızlıq” iddiasında Ermənistan da var

“Avroviziya” dünyanı şoka salıb: “Əxlaqsızlıq” iddiasında Ermənistan da var

 “Avroviziya” Mahnı Müsabiqəsi bu il daha çox qalmaqalla yadda qalıb.

“Cebheinfo.az” bu barədə “Daily Mail”-ə istinadən yazır.

Bildirilir ki, bir sıra iştirakçılar Bazeldə təhrikdici rəqslər, açıq-saçıq geyimlər və cəsarətli mahnı sözləri ilə çıxış ediblər. Lakin Finlandiya, Ermənistan, Malta və İspaniyanın çıxışlarından sonra sosial mediada tənqidlər başlayıb və bir çox istifadəçi onları “çox seksual” adlandırıb. Bəzi izləyicilər müsabiqənin “istiqamətini itirdiyini” və artıq ailəvi baxış üçün uyğun olmadığını bildirərək, “X”-də narazılıqlarını ifadə ediblər:

"Bir çox insan o məsum vaxtları artıq xatırlamır... “Avroviziya” bütün ailəni əhatə edən şou idi. İndi onun 18+ olduğu deyilir.  Əvvəllər əyləncəli və ailəvi idi, amma sonrakı çıxışlar hamısı seksual xarakter daşıdı".

Müğənni Erika Vikmanın səhnəyə qara lateks kostyumda çıxması və təxribatçı dekorasiya fonunda “Ich Komme” (“Mən Gəlirəm”) adlı təxribatçı mahnı ifa etməsi Finlandiyanın xüsusilə kəskin reaksiyasına səbəb olub. Malta təmsilçisi Miriana Konte də açıq-saçıq çıxışı ilə tamaşaçıları təəccübləndirib.

İspan müğənni Melodi də bodi geyinərək ehtiraslı rəqs nümayiş etdirib və izləyiciləri şoka salıb. Erika Vikman “təxribatçı” xoreoqrafiyası və cəsarətli, açıq-saçıq geyimi birləşdirən “Ich Komme” mahnısı ilə fevral ayında Finlandiyanın milli seçimini qazanıb. Mahnı əsasən fin dilində, xorla alman dilində oxunsa da, "Ich komme" ("Mən gəlirəm") ifadəsi mümkün cinsi əlaqəyə görə mübahisələrə səbəb olub. Müğənni açıq dekolteli dəri bədən kostyumunda, buddan yuxarı çəkmələrdə səhnəyə çıxıb və dirəklə rəqs edib. 

Hətta Finlandiya Prezidenti Aleksandr Stubb da çıxışı bəyənməyib.  O, məktəbdə keçirdiyi görüşdə İsveç üçün yarışan finlərdən ibarət olan üçlüyü, yəni KAJ-ı daha çox bəyəndiyini deyib. Vikman bundan xəbər tutanda məyus olduğunu etiraf edib:

“Ölkəmizin böyüklərinin bir gün mənim kimi qadınları dəstəklədiyini görmək çox gözəl olardı”. Sonradan məlum olub ki, müsabiqənin təşkilatçıları Avropa Yayım Birliyi (EBU) də Vikmanın çıxışını "çox açıq" hesab edərək, ondan “dozu” azaltmağı tələb edib.

Finlandiya mətbuatına verdiyi müsahibədə müğənni hərəkətlərini dəyişməyin tələb olunduğunu təsdiqləyib. Orijinal çıxışda fetiş üslublu korset, açıq-saçıq geyim və pulsasiya edən elektron ritmlə dirəklə rəqs nəzərdə tutulub. Müğənni həmçinin eyd edib ki, finlər mühafizəkardırlar və özünü ifadə etməyə meyilli deyillər:

“Finlandiyanın yarısı mənə nifrət edir, yarısı məni sevir”.

Vikmandan sonra maltalı Miriana Konte gündəmdə olub. Nömrəsinin əvvəlində o, sarı paltarını dramatik şəkildə cırıb, yarışəffaf bəbir naxışlı kostyumunu ortaya çıxarıb. Lakin əsas qalmaqal mart ayında onun “Kant” mahnısının (Malta dilindən “oxumaq” kimi tərcümə olunur) müsabiqədə ifa edilməsinə qadağa qoyulduqda baş verib. Səbəb isə mətndə ingiliscə söyüş sözü ilə oxşarlıq olub.

Bununla belə, müğənni sözlərə qoyulan məhdudiyyəti cəsarətli şou ilə kompensasiya edib. 

İspaniya ifaçısı Melodinin “Esa Diva” ifası da müzakirəyə səbəb olub. O, uzun qara paltarda oxumağa başlayıb, lakin sonra onu dramatik şəkildə cırıb, gümüşü saçaqlı bodi və dizə qədər çəkmələri ortaya çıxarıb.

“Survivor” mahnısını ifa edən Ermənistandan olan iştirakçı Park da diqqəti cəlb edib. 31 yaşlı müğənni qara dəri şalvar və barmaqsız əlcəklərdə döymələrini, əzələlərini və imicini nümayiş etdirərək səhnəyə köynəksiz çıxıb.

Xəzər
“Cebheinfo.az”