Dünya çempionatı: Monteneqro Kosta-Rikanı darmadağın etdi

Dünya çempionatı: Monteneqro Kosta-Rikanı darmadağın etdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

 

"Cebheinfo.az" xəbər verir ki, E qrupunun Milli Gimnastika Arenasında baş tutan görüşündə Monteneqro yığması Kosta-Rika millisini darmadağın edib.

Qarşılaşma Monteneqronun qələbəsi ilə yekunlaşıb - 9:0.

Qeyd edək ki, bu qrupun digər matçında, saat 20:45-də Tailand - İndoneziya yığmaları üz-üzə gələcəklər.

"Cebheinfo.az"