Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü gün arxada qalıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü gün arxada qalıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günə yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, keçirilən 8 qarşılaşmadan sonra qrup mərhələsində II turun oyunları başa çatıb.

Matçlar Milli Gimnastika Arenasında reallaşıb.

E qrupunda yer alan Monteneqro millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini darmadağınla qazanıb - 9:0. Bu qrupun digər görüşündə Tailand İndoneziyanı 4 cavabsız qolla üstələyib.

E qrupu

1. Monteneqro— 4 xal

2. Tailand— 4 xal

3. İndoneziya— 3 xal

4. Kosta Rika— 0 xal

F qrupunda mübarizə aparan Bosniya və Herseqovina Qazaxıstanın müqavimətini qıra bilməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər duelində - ABŞ - Polşa qarşılaşmasında hesab açılmayıb.

F qrupu

1. Bosniya və Herseqovina— 4 xal

2. Polşa— 4 xal

3. Qazaxıstan — 1 xal

4. ABŞ — 1 xal

Gürcüstan və Argentina komandalarının qarşılaşdığı G qrupunda avroplalılar 6:1 hesabı ilə qələbə qazanıblar. Çexiya isə BƏƏ-dən güclü olub - 7:2. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsini vaxtından əvvəl təmin ediblər.

G qrupu

1. Çexiya — 6 xal

2. Gürcüstan — 6 xal

3. Argentina — 0 xal

4. BƏƏ — 0 xal

H qrupunda Serbiya İspaniyanı məğlub edib - 4:1. İsrail yığması isə Qanaya heç bir şans tanımayıb - 4:0. 6 xalı olan serblərin pley-offa yüksələcəyi dəqiqləşib.

H qrupu

1. Serbiya — 6 xal

2. İsrail — 3 xal

3. İspaniya — 3 xal

4. Qana — 0 xal

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

"Cebheinfo.az"